Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

S.B.QƏDİMOVANIN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycanın xalq artisti Sara Bəbiş qızı Qədimovanın xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:

Bakı Şəhəri İcra Hakimiyyəti Sara Qədimovanın yaşadığı binaya (Xaqani küçəsi, ev 26/32) xatirə lövhəsinin vurulmasını, Fəxri xiyabanda qəbirüstü abidəsinin tikilməsini və Bakı şəhərindəki küçələrdən birinə onun adının verilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin