Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

SENEQAL RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ABDULAY VADA

Hörmətli cənab Prezident, 

Seneqal respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Seneqal xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost seneqal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 mart 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin