MƏDƏNİYYƏT
“SKAL İnternational Baku” klubunun 18-ci toplantısında turizmlə bağlı yeni ideyalar səsləndi
Bakı, 21 noyabr, Elvira Məmmədova, AZƏRTAC
Noyabrın 21-də “Park İnn” otelində “SKAL İnternational Baku” klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası) 18-ci toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda “SKAL Baku” klubunun prezidenti, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qurumun yaranma tarixi və gələcək fəaliyyət planları barədə məlumat verib.
Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin professoru İrfan Arikanın “Turizm paradoksu: davamlılıq və turizmdə sakit şəhərlər” mövzusunda təqdimatı iştirakçılar tərəfindən maraqla dinlənilib. İ.Arikan qeyd edib ki, indi dünyada elə ölkələr var ki, turistlərin bir şəhərə axınının qarşısını almaq üçün limitdən istifadədə maraqlıdırlar. Belə bir ideyanın turizm ölkəsi kimi Azərbaycanda da tətbiq edilməsi faydalı ola bilər.
Sonra “SKAL Marmara” klubunun prezidenti Zeynep Yılmazın təqdimatı olub.