Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

SLOVAKİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RUDOLF ŞUSTERƏ

Hörmətli cənab Prezident, 

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr daim genişlənərək xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin