İQTİSADİYYAT
SOCAR: 10-cu özüldə daha bir quyu istismara verilib
Bakı, 12 avqust, AZƏRTAC
Ötən ilin dekabr ayında təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş qəzadan sonra aparılan əsaslı təmir işləri öz bəhrəsini verməkdədir. Bu günlərdə özüldəki 160 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quyu fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2950-2909 metr intervaldan sutkalıq 99 ton neft və 11 min 500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]