İQTİSADİYYAT


SOCAR 2017–2022–ci illər üçün səmt qazının azaldılması Planı hazırlayıb

Bakı, 9 avqust, AZƏRTAC

SOCAR 2017–2022–ci illər üçün səmt qazının azaldılması Planı hazırlayıb.

Bu barədə AZƏRTAC-a SOCAR-dan bildirilib.

“Son illər ölkəmizdə ekoloji problemlərin həlli dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Buna görə, SOCAR da öz fəaliyyət sahələrində ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə 2017–2022–ci illər üçün səmt qazının azaldılması Planı hazırlayıb. Qlobal iqlim dəyişmələrinə təsirin azaldılması üçün 2014-cü ildə SOCAR Dünya Bankı tərəfindən hazırlanan “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulub və iki dəfə ali mükafata layiq görülüb”, - deyə şirkətin məlumatında qeyd edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.