İQTİSADİYYAT


SOCAR-AQŞ “Günəşli’’ yatağındakı 7 saylı stasionar dəniz özülündən 323 saylı quyuda qazma işlərinə başlayıb

Bakı, 7 iyul, AZƏRTAC

SOCAR-AQŞ “Günəşli’’ yatağındakı 7 saylı stasionar dəniz özülündən 323 saylı quyuda qazma işlərinə başlayıb.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, 323 saylı quyunun Balaxanı X horizontuna qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2770 metr təşkil edir. SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Xatırladaq ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.