İQTİSADİYYAT


SOCAR-AQŞ “Günəşli”də daha bir quyuda qazma işlərinə başlayıb

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC 

SOCAR-AQŞ “Günəşli” yatağındakı 11 nömrəli stasionar dəniz özülündən 31 nömrəli quyuda qazma işlərinə başlayıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, 31 saylı quyunun qirməki altı lay dəstəsinə (QAD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 4 min 100 metr təşkil edir. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

SOCAR-AQŞ bu quyunu da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.