İQTİSADİYYAT
SOCAR-AQŞ “Qərbi Abşeron” yatağında növbəti quyuda qazma işlərinə başlayıb
Bakı, 4 may, Nihad Budaqov, AZƏRTAC
SOCAR-AQŞ “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən layihə dərinliyi 740 metr olan 26 nömrəli quyuda qazma işlərinə başlayıb.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, quyunun qirməki dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq. Yeni qazılan istismar quyusunun azimutu 320 dərəcə, inhirafı isə 204 metr təşkil edir.
SOCAR-AQŞ bu quyunu da sağlamlıq, texniki təhlükəsizlik və ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi hədəfləyir. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]