İQTİSADİYYAT


SOCAR-AQŞ “Qərbi Abşeron”da daha bir quyunun tikintisinə başlayıb

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

SOCAR-AQŞ “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən layihə dərinliyi 830 metr olan 27 nömrəli quyuda qazma işlərinə başlayıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, quyunun qirməki dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır. Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyət tələblərinə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

SOCAR-AQŞ bu quyunu da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.