İDMAN
“SOCAR Azerbijan” Avropa Klubları Kubok uğrunda yarışların yeganə lideridir
AZƏRTAC xəbər verir ki, bu turda Azərbaycanın “SOCAR Azerbaijan” klubu növbəti qələbə qazanıb. O, Avropa Klubları Kubokunun indiki sahibinə “G-Team Novy Bor” komandasına (Çexiya) qalib gəlib. Görüş 4:2 hesabı ilə başa çatıb.
Beləliklə, Şəhriyar Məmmədyarovun başçılıq etdiyi “SOCAR Azerbaijan”ın aktivində artıq 8 komanda xalı var. Dörd kollektivin, o cümlədən Azərbaycandan olan ikinci klubun - “Odlar Yurdu” komandasının hərəsinin yeddi xalı var.
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov və Maykl Adams müvafiq olaraq Radoslav Voytaşek və Pentala Harikrişna ilə heç-heçə oynayıblar. Van Hao Mateuş Bartelə uduzub, Veselin Topalov David Navaraya, Aniş Giri Viktor Lazniçkaya, Teymur Rəcəbov isə Krişnan Saşikirana qalib gəliblər.
Paralel olaraq “Odlar Yurdu” eyni hesabla İspaniyanın “Gros Xake Taldea” komandasına qalib gəlib. Emil Sutovski, Rauf Məmmədov və Nicat Abbasovun hərəsi komandaya bir xal gətirib. Ülvi Bacarani və Nicat Abbasov öz partiyalarını heç-heçə başa çatdırıblar, Vasif Durarbəyli isə rəqibinə uduzub.
Qadınlar arasında birinci yerdə Gürcüstanın Batumi şəhərindən olan “Nona” klubudur (6 xal) .
Xatırladırıq ki, kontinental klub çempionatı sentyabrın 14-dən 20-dək Bilbaoda keçirilir.
Açıq kubok yarışlarının beşinci turunda “SOCAR Azerbaijan”-“Obiettivo Risarcimento” (İtaliya), “Оdlar Yurdu”–“G-Team Novy Bor” (Çexiya) komandaları görüşürlər.