İQTİSADİYYAT


“SOCAR Balkans” və "Bulgartransgaz" arasında Anlaşma memorandumu imzalanıb

Sofiya, 19 iyul, AZƏRTAC

“SOCAR Balkans” və "Bulgartransgaz" şirkətləri arasında Anlaşma memorandumu imzalanıb.

Bolqarıstan Enerji Nazirliyinin məlumatına əsasən, Bolqarıstanın paytaxtı Sofiyada SOCAR-ın törəmə şirkəti “SOCAR Balkans” və "Bulgartransgaz" şirkəti arasında Anlaşma memorandumu imzalanıb. Tədbirdə Bolqarıstanın energetika naziri Temenujka Petkova, Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanova və "SOCAR Balkans" şirkətinin icraçı direktoru Murad Heydərov iştirak ediblər. Sənədin əsas məqsədi Bolqarıstana və bu dövlət üzərindən digər Cənub-Şərqi Avropa ölkələrinə əlavə qaz tədarükü yolları üçün imkanların araşdırılmasıdır.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.