İQTİSADİYYAT


SOCAR Bolqarıstanda “Balkan” qazpaylayıcı mərkəzinin yaradılması ilə bağlı müzakirələrdə iştirak edəcək

A+ A

Bakı, 3 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Sentyabrın 5-6-da Bolqarıstanın Varna şəhərində 17 beynəlxalq enerji şirkətinin iştirakı ilə Avropa Komissiyası və Bolqarıstan hökuməti tərəfindən dəstəklənən “Balkan” qazpaylayıcı mərkəzinin yaradılmasına həsr olunan beynəlxalq konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konfransda BP, SOCAR, “Gazprom”, Yunanıstanın “DEPA” Almaniyanın “RWE”, Avstriyanın “OMV” və ABŞ-ın “Cheniere Energy” kimi enerji nəhəngləri, o cümlədən Avropa Komissiyanın nümayəndələri də iştirak edəcək.

Qeyd edək ki, Bolqarıstanın Baş naziri Boyko Borisov qazpaylayıcı mərkəzin Varna şəhərinin yaxınlığında inşa edilməsini təklif edib. Layihənin 1-1,2 milyard dollar dəyərində olacağı bildirilir. Qaz anbarlarına Azərbaycan, Rusiya və Türkmənistan, həmçinin də Rumıniya və Bolqarıstandakı yataqlardan hasil edilən təbii qazın vurulması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.