İQTİSADİYYAT


SOCAR Çin şirkətlərinin Neft-Qaz emalı və Neft-Kimya Kompleksi layihəsində iştirakında maraqlıdır

A+ A

Bakı, 16 sentyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQNKK) tikintisini maliyyələşdirmək, eləcə də layihədə səhmdar kimi iştirak etmək üçün Çin şirkətləri və banklarına təklif verib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, hazırda bu təkliflər üzərində iş aparılır. Bu layihə üzrə Çin “Eximbank”ı, digər bankları və Çin Milli Neft Korporasiyası (CNPC) ilə birgə işlər görülür. Çin şirkətləri bu layihədə 50 faizədək payla səhmdar kimi iştirak edə bilər. Layihənin maliyyələşdirilməsini isə Çin dövlət “Eximbank”ı və Çin Bankının birgə həyata keçirməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.