İQTİSADİYYAT


“SOCAR Georgia GAS” Gürcüstanda daha bir xidmət mərkəzi açıb

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC 

Oktyabrın 13-də “SOCAR Energy GAS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Gürcüstanın Kutaisi şəhərində özünün yenidən qurulmuş “Xidmət mərkəzi”ni açıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov, İmeretiya rayonunun qubernatoru Givi Çiçinadze və digər rəsmi şəxslər iştirak ediblər. Bildirilib ki, hazırda şirkətin İmeretiyada 134 min 276 abonenti var və ilin sonuna kimi daha 4 min 700 qaz istifadəçisinin qeydə alınması gözlənilir.

Müasir avadanlıqlarla təchiz olunmuş ofis abonentlərə keyfiyyətli xidmət göstərilməsinə şərait yaradacaq, operativ, dəqiq uçot və qeydiyyatın aparılmasını, təbii qazdan istifadə ilə bağlı hesabatların hazırlanmasını təmin edəcək. Yeni texnika və texnologiyalar sənədlərin elektron variantının hazırlanması, ziyarətçilərin qəbulu kimi prosedurları asanlaşdıracaq və sürətləndirəcək. Qəbul zamanı avtomatlaşdırılmış növbəli proses metodundan istifadə ediləcək. Yeni mərkəzin personalı xidmətin keyfiyyət standartları üzrə treninqlər keçib.

Hazırda Batumi, Poti, Rustavi və Kutaisidə abonentlərə xidmət üzrə müasir mərkəzlər fəaliyyət göstərir. Mərkəzi ofislərlə yanaşı Gürcüstanın qaz istifadəçiləri “SOCAR Energy Georgia” abonentləri olan digər regionlarında da 40 xidmət mərkəzi var. Mərkəzlərin abonentlərə yaxınlığı istehlakçılara operativ və effektiv xidmət göstərilməsini, onların müraciətlərinə vaxtında cavab verilməsini təmin edir.

“SOCAR Energy GAS” Gürcüstan hökuməti ilə imzalanmış saziş çərçivəsində növbəti illərdə də bütün ölkə ərazisində, o cümlədən İmeretiya rayonunda yaşayış məskənlərinin qazlaşdırılması ilə bağlı tikinti işlərini davam etdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.