İQTİSADİYYAT


“SOCAR Georgia Petroleum” Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyib

A+ A

Tbilisi, 11 noyabr, AZƏRTAC

“SOCAR Georgia Petroleum” Gürcüstanda bir neçə nominasiya üzrə qalib elan olunub.

Tbilisidə “GeorgianTimes” media holdinqi, eləcə də GORBİ ictimai rəy və marketinq şirkəti 17-ci biznes reytinq mükafatlarının təqdim olunması mərasimini keçirib.

Bu il Gürcüstanda ən yaxşı şirkətlərin və iş adamlarının seçilməsində müstəqil ekspertlər, müəssisə rəhbərləri, iqtisadi mövzuda yazan jurnalistlər, konsaltinq şirkətləri, qeyri-hökumət təşkilatları, fondlar, sosial tədqiqat xidmətləri iştirak ediblər.

Rəy sorğusuna görə, “SOCAR Georgia Petroleum” şirkəti “Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyicisi”, “Ən yaxşı yanacaqdoldurma stansiyaları və infrastrukturu olan şirkət”, “Ən böyük işəgötürən” nominasiyalarında milli biznes mükafatına layiq görülüb. “SOCAR Georgia Gas” şirkəti “Ən yaxşı inkişaf strategiyası”, “Ən yaxşı xidmət”, “Ən innovativ şirkət” nominasiyalarında qalib gəlib. Qara dəniz sahilində yerləşən SOCAR-a məxsus Kulevi terminalı - “Black Sea Terminal” MMC isə “İlin investoru” elan olunub.

“SOCAR Georgia Petroleum” şirkəti səs çoxluğu ilə müsabiqənin Qran-prisini də qazanıb.

Mükafatların təqdimat mərasimdə parlament üzvləri, hökumət nümayəndələri, biznesmenlər, ziyalılar, diplomatlar, yerli və xarici jurnalistlər iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.