İQTİSADİYYAT
SOCAR Gürcüstana gündəlik 7 milyon kubmetr qaz nəql edir
Bakı, 26 aprel, AZƏRTAC
SOCAR Gürcüstana gündəlik 7 milyon kubmetr qaz nəql edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumunda SOCAR-ın Qaz İxrac İdarəsi rəisinin birinci müavini Nazim Səmədzadə məlumat verib.
“2016-cı ildə daxili imkanlar hesabına Hacıqabul-Qazax-Qardabani qaz kəmərində müəyyən təmir işləri aparılıb. Kəmərin gündəlik ötürücülük gücünü 10 milyon kubmetrə çatdırdıq. Bu kəmərlə 3 milyon kubmetr əlavə qaz nəql etmək imkanımız var”, - deyə N.Səmədzadə bildirib. O qeyd edib ki, İrandan gündəlik 8 milyon kubmetr qaz qəbul edilib. Bunun 7 milyon kubmetrini Astara-Hacıqabul, 1 milyon kubmetrini isə Xoy-Culfa (Naxçıvan Muxtar Respublikası) qəbul etmək gücündədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]