İQTİSADİYYAT


SOCAR Gürcüstanın Kulevi terminalında əlavə iki qaz anbarını istifadəyə verib

A+ A

Tbilisi, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Gürcüstanın Poti şəhərinin Kulevi terminalında ikinci, əlavə təbii qaz anbarının açılışı olub.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvili, energetika naziri İlya Eloşvili, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, ölkəmizin Batumidəki baş konsulu Rəşad İsmayılov, "SOCAR Georcia" şirkətinin prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə bildirilib ki, tikintisinə 2015-ci ildə başlanılmış terminalda ümumi həcmi 60 000 kubmetr olan 6 çən var. Bu terminal Xəzər dənizi regionundan ixrac olunan neft-qaz məhsullarının qəbulu, saxlanılması və nəqli üçün geniş imkanlar yaradacaq. Terminalın illik gücü ildə 1 500 000 kubmetrdir.

Burada inşa olunan altıncı qaz terminalı isə ümumi həcmi 12 000 kubmetr olan 5 çəndən ibarətdir. Bu çənlərdən ikisi 3000 kubmetr, üçü isə 2000 kubmetrlikdir. Bu çənlər izopropil spirti, mazut və sənaye yağı üçün nəzərdə tutulub.

R.Abdullayev jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına xeyli sərmayə qoyub. Bu sərmayələr və bu gün açılan terminal iki dost və qardaş ölkənin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək. Bu terminal Xəzər dənizi regionunda əldə olunan neft-qaz məhsullarının daşınması imkanlarını genişləndirəcək.

D.Kumsişvili Azərbaycan investisiyası hesabına tikilən terminalın hər iki ölkə üçün böyük gəlirlər gətirəcəyini bildirib.

Energetika naziri İ.Eloşvilinin sözlərinə görə, Azərbaycanın köməkliyi ilə Gürcüstanda həyata keçirilən layihələr neft və qaz məhsulları satışının həcminin artırılmasında mühüm rol oynayacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.