İQTİSADİYYAT


SOCAR: Hazırda yeraltı anbarlarda aktiv qazın miqdarı 1,335 milyard kubmetrdir

Bakı, 8 iyun, AZƏRTAC

Hazırda yeraltı anbarlarda aktiv qazın miqdarı 1 milyard 334 milyon 994 min kubmetrdir.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, anbarlara təbii qazın vurulması davam edir. Azərbaycan Respublikasının Prezidentinin göstərişinə əsasən, SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində tədbirlər davam etdirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır.

Bununla paralel olaraq, cari ilin aprel ayından “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2017-2018-ci il üzrə payız-qış mövsümü üçün təbii qazın vurulmasına başlanılıb. Mövcud qrafikə uyğun olaraq, artıq iyunun 1-dək yeraltı qaz anbarlarına 547 milyon kubmetr həcmində “mavi yanacaq” vurulub. Bu həcmin 255,5 milyon kubmetri “Qaradağ”, 291,5 milyon kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.

Hazırda ötən mövsümdən qalıq qazla birlikdə yeraltı anbarlarda aktiv qazın miqdarı 1 milyard 334 milyon 994 min kubmetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.