İQTİSADİYYAT


SOCAR: İndiyədək Türkiyədəki layihələrə 9,5 milyard dollar investisiya qoyulub

A+ A

Bakı, 23 yanvar, Nihad Budaqov, AZƏRTAC

SOCAR dünyanın bir çox ölkəsinə investisiya yatırır. Lakin 18 milyard dollarla ən böyük investisiya qoyuluşu məhz Türkiyədə reallaşdırılır. İndiyədək bu investisiya proqramının 9,5 milyard dollarlıq hissəsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O deyib ki, investisiyanın qalan hissəsi isə qarşıdakı illərdə həyata keçiriləcək və 2020-ci ilədək başa çatdırılacaq.

“Biz Türkiyəyə investisiya qoyuluşunu 4-5 illik nəzərdə tutmuruq. Uzun müddət bu ölkədə fəaliyyət göstərəcəyik və investisiyalarımız da davam edəcək”, - deyə Z.Qəhrəmanov əlavə edib.

Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.