İQTİSADİYYAT


SOCAR İranın enerji sahəsinə sərmayə yatıra bilər

Tehran, 24 may, AZƏRTAC

SOCAR İranın enerji sahəsinə sərmayə yatıra bilər.

Bunu İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamaniyyə mətbuata verdiyi açıqlamada deyib. “Azərbaycanın SOCAR neft şirkətini ciddi tərəfdaş kimi qəbul edirik və onun İranda reallaşdırılan neft-qaz layihələrində iştirakına razıyıq”, - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə ötən ay SOCAR İrandakı layihələrdə iştirak etmək üçün müraciət edib. Bu müraciətə baxılıb və müsbət cavab verilib.

İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalar aradan qaldırıldıqdan sonra “Total”, “Shell” kimi dünyanın iri neft şirkətləri İranın enerji sahəsinə investisiya yatırmaq istəklərində olduqlarını bildiriblər. Bu istiqamətdə artıq danışıqlar aparılıb və müvafiq razılaşmalar da imzalanıb.

SOCAR da dünya nəhəngləri ilə birlikdə İranın neft-qaz sahəsinə investisiya yatıracaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.