İQTİSADİYYAT


SOCAR İranla təbii qaz alınması üçün danışıqlar aparır

A+ A

Bakı, 5 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

SOCAR İranla təbii qaz alınması üçün danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, İran təbii qazının SOCAR-ın yeraltı qaz anbarlarına vurulub sonradan qonşu ölkənin şimal bölgələrinin qaz təminatında istifadəsi üçün danışıqlar gedir.

“İranın şimal rayonlarının qış aylarında qaz təminatı ilə bağlı problemlər olur. İran təbii qazının yay aylarında SOCAR-ın anbarlarına vurulub, qışda isə bu ölkənin qeyd edilən rayonlarının istifadəsinə verilə bilər”, - deyə R.Abdullayev əlavə edib.

Bildirib ki, SOCAR yeraltı qaz anbarlarında İran qazına 1-2 milyard kubmetr həcmində yer saxlaya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.