İQTİSADİYYAT


SOCAR İzmirdə keçiriləcək XIX neft emalı və neft-kimya konfransında təmsil olunacaq

A+ A

Bakı, 23 avqust, Nihad Budaqov, AZƏRTAC

Sentyabrın 19-21-də Türkiyənin İzmir şəhərində XIX Mərkəzi, Şərqi Avropa və Türkiyə regionu: neft emalı və neft-kimya konfransı keçiriləcək. Konfransda “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov və şirkətin digər nümayəndələrinin iştirakı nəzərdə tutulur.

AZƏRTAC Dünya Neft Emalı Assosiasiyasının (World Refining Association) saytına istinadla xəbər verir ki, iki gün davam edəcək konfransda neft emalı və neft-kimya sənayesindəki yeniliklər müzakirə ediləcək. Həmçinin SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunda və “Petkim”də aparılan işlər barədə məlumat veriləcək.

Qeyd edək ki, SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.