İQTİSADİYYAT


SOCAR: Magistral qaz kəmərində baş vermiş qəza texnogen xarakter daşıyır

A+ A

Bakı, 28 dekabr, AZƏRTAC

Dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən magistral qaz kəmərində baş vermiş hadisənin səbəbləri araşdırılır. İlkin baxış bir neçə versiyanı nəzərdən keçirməyə imkan verir. 2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, yaxud kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları nəzərdən keçirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir. Araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcək.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.