İQTİSADİYYAT


“SOCAR Methanol MMC” ilin ilk dörd ayında 56,6 min ton metanol istehsal edib

Bakı, 19 may, AZƏRTAC

“SOCAR Methanol MMC” bu ilin ilk dörd ayından artıq müddətdə 56 min 610,13 ton metanol istehsal edib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol MMC” tərəfindən idarəetməsi təhvil alınan Metanol zavodu cari ilin yanvar ayından indiyədək yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini yenidən bərpa edib. Aparılan təkmilləşdirmə işləri sayəsində yanvarın 1-i və mayın 15-i tarixlərini əhatə edən müddət ərzində “SOCAR Methanol MMC” yüksək məhsuldarlıq əldə edərək 56 min 610,13 ton metanol istehsal edib. Bu məhsulun da 99 faizi ixraca yönəldilib.

Məhsul ixrac edilən ölkələr arasında Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir. Yerli bazarın tədqiqi istiqamətində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.