İQTİSADİYYAT


“SOCAR Methanol” Neft-Kimya Prosesləri İnstitutu ilə anlaşma memorandumu imzalayıb

Bakı, 2 avqust, AZƏRTAC 

“SOCAR Methanol” MMC ilə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) arasında anlaşma memorandumu imzalanıb.

MMC-dən AZƏRTAC-a bildirilib ki, memorandumu “SOCAR Methanol”un baş direktoru Elnur Mustafayev və NKPİ-nin direktoru, akademik Vaqif Abbasov imzalayıb. İki qurum arasında elmi-praktik və istehsal sahələrində əməkdaşlığın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün şərait yaradan anlaşma memorandumu bir neçə istiqamət üzrə həyata keçiriləcək. Bu istiqamətlər metanolun tətbiqi sahəsində yeni istehsal imkanlarının müəyyən edilməsini, habelə metanolun istehsalının təkmilləşdirilməsi ilə bağlı elmi-texniki əməkdaşlığı əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.