İQTİSADİYYAT


“SOCAR Methanol” və “SOCAR Polymer” əməkdaşlıq memorandumu imzalayıblar

Bakı, 13 iyul, Nihad Budaqov, AZƏRTAC

“SOCAR Methanol” MMC əmək məhsuldarlığının artırılması üçün tələb olunan ixtisas və peşələr üzrə gənc kadrların işə cəlb olunması, kadrların inkişafında və onların formalaşmasında uyğun şəraitin yaradılmasını təmin etmək məqsədilə “SOCAR Polymer” MMC ilə təcrübəçilər haqqında məlumatın mübadiləsinə dair anlaşma memorandumu imzalayıb.

MMC-dən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın iki törəmə şirkəti “SOCAR Methanol” MMC və “SOCAR Polymer” MMC yeni gənc peşəkar nəslin yetişməsinə şərait yaratmaq və yeni istedadları üzə çıxartmaq məqsədilə birgə əməkdaşlığa başlayıb. Belə ki, imzalanmış memorandum əsasında “SOCAR Polymer” MMC tərəfindən təşkil olunmuş 2017-ci ilin Yay Təcrübə Proqramında iştirak edən bacarıqlı gənclər “SOCAR Methanol” MMC-nin idarə etdiyi metanol zavodunda təcrübə üçün cəlb olunacaqlar. Təcrübəçilər zavodun fəaliyyəti ilə yaxından tanış olacaq, əsas istehsalat, köməkçi istehsalat, istehsal avadanlıqlarının təmiri və baxışı, nəzarət ölçü cihazları sahələri üzrə özlərini sınamaq imkanı əldə edəcəklər. İstehsalat zəruriyyətini nəzərə alaraq və fərdi nəticələr əsasında seçilmiş gənc mütəxəssislər “SOCAR Methanol” MMC-də daimi işlə təmin oluna bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.