İQTİSADİYYAT


“SOCAR Methanol” yarım ildə 100 min tondan çox metanol istehsal edib

Bakı, 6 iyul, Nihad Budaqov, AZƏRTAC

“SOCAR Methanol" MMC bu ilin yanvar-iyun aylarında 100 min tondan çox metanol istehsal edib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, qısa zaman kəsiyində yüksək məhsuldarlıq göstərən metanol zavodu artıq qarşıya qoyulan məqsədlərə çatmaqdadır. Belə ki, cari il üçün 250 min ton istehsalı planlaşdırılan zavodun ilk yarımildəki cəmi istehsalı 100 min 848,34 ton təşkil edib. Dünya bazarında metanolun idxalına olan tələbatın sabit artımını nəzərə alaraq istehsalın ildə 500 min tona çatdırılması “SOCAR Methanol" MMC-nin öndə duran əsas hədəflərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.