İQTİSADİYYAT


SOCAR “OMV Petrol Ofisi A.Ş.”nin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə tenderdə iştirak edəcək

A+ A

Bakı, 18 oktyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR Avstriyanın enerji şirkəti “OMV”nin Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə tenderdə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev “Reuters”ə müsahibəsində deyib. O bildirib ki, SOCAR “OMV Petrol Ofisi A.Ş.”nin yanacaqdoldurma stansiyaları şəbəkəsinin “OMV”dən satın almaq üçün keçiriləcək tenderə qatılmaq üçün müraciət edib.

Qeyd edək ki, “OMV” şirkəti bu ilin fevralında “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin hamısını satışa çıxarıb. Şirkətdən edilən şərhdə “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparıldığı bildirilib. “OMV” 1785 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir. Şirkət keçən il Türkiyədə 10 milyon tonluq satış reallaşdırdığını açıqlayıb. “OMV” “Petrol Ofisi”ni 2010-cu ildə 1 milyard avroya Doğan Holdinqdən alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.