İQTİSADİYYAT
SOCAR: “OMV Petrol Ofisi”nin Əliağadakı neft terminalının alınması üçün razılıq əldə edilib
Bakı, 10 oktyabr, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın rəhbərliyi Avstriyanın enerji şirkəti “OMV”nin Türkiyədəki törəməsi “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalının satın alınması üzrə “OMV Aktiengesellschaft” ilə razılığa gəliblər.
Bu barədə AZƏRTAC-a “SOCAR Turkey Enerji A.Ş.”dən (STEAŞ) məlumat verilib.
Bildirilir ki, Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR-ın liderliyində bir qrup beynəlxalq investorlar “OMV Petrol Ofisi A.Ş.”nin Əliağadakı neft saxlama terminalının satın alınması ilə bağlı “OMV Aktiengesellschaft” ilə razılıq əldə ediblər. Həmin obyektlər 2012-ci ildə təməli qoyulan və 2018-ci ildə istismara veriləcək “Star” neft emalı zavodu üçün saxlama və nəqletmə bazası kimi istifadə ediləcək. Bu, “Star” zavodunun əvvəlcədən nəzərdə tutulmuş inkişaf strategiyası üzrə növbəti addımdır. Terminal 200 min kubmetr maye yanacaq və 45 min kubmetr mayeləşdirilmiş neft qaz (LPG) saxlamaq tutumuna malikdir.
Qeyd edək ki, SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]