İQTİSADİYYAT


SOCAR “OMV Petrol Ofisi”nin İzmirin Əliağa rayonundakı neft terminalını alacaq

A+ A

Bakı, 10 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Avstriyanın enerji şirkəti “OMV” Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalını SOCAR-ın rəhbərliyindəki beynəlxalq sərmayəçilərə satmaq üçün razılaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “OMV AG”dən edilən şərhdə deyilir.

“OMV Petrol Ofisi A.Ş.”nin Əliağa neft terminalı ildə 200 min kubmetr maye yanacaq saxlama tutumuna malikdir. Terminalın həmçinin 45 min kubmetr mayeləşdirilmiş neft qazı (LPG) saxlama tutumu var.

Əliağa neft emalı zavodunun terminal şəbəkəsi və tədarük zəncirinin məhsuldarlığını artırmaq üçün satmaq qərarı alan “OMV Petrol Ofisi” bu satışı cari ilin sonunadək tamamlanmağı nəzərdə tutur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.