İQTİSADİYYAT


“SOCAR Petroleum SA” şirkəti Rumıniyada yeni kampaniyaya başlayıb

A+ A

Bakı, 15 noyabr, Nihad Budaqov, AZƏRTAC 

“SOCAR Petroleum SA” şirkəti Rumıniyada “SOCAR Qış Promo 2016” adlı yeni kampaniyaya başlayıb.

“SOCAR Petroleum SA”dan AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində müştərilər Rumıniya ərazisində “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən (YDM) gündəlik 200 leilik və ya 1000 leilik yanacaq kartı əldə etmək imkanı əldə edəcəklər. Kampaniya noyabrın 15-dən gələn il yanvarın 15-dək davam edəcək.

Qeyd edək ki, Rumıniyada “SOCAR” brendi ilə 33 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.