İQTİSADİYYAT


“SOCAR Polymer” üzrə işlər son mərhələyə keçib

Bakı, 8 avqust, AZƏRTAC

Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki “SOCAR Polymer” layihəsi üzrə işlər son mərhələyə keçib.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, bu il istehsal gücü 180 min ton olan polipropilen, 2018-ci ildə isə məhsuldarlığı 120 min ton olan yüksək sıxlıqlı polietilen qurğusunun inşası başa çatdırılacaq.

Qeyd edək ki, Sumqayıtda inşa olunan və Azərbaycanın neft-kimya sənayesini, eyni zamanda, ixrac potensialını inkişaf etdirəcək layihənin inşaat işləri 2016-cı il üçün tam plan üzrə tamamlanıb. Zavodun 2018-ci ildə tam istismara verilməsi planlaşdırılır. “SOCAR Polymer” zavodunda illik 120 min ton yüksək sıxlıqlı polietilen və 180 min ton polipropilen istehsalı nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.