İQTİSADİYYAT


“SOCAR Polymer” zavodunda üç silosun quraşdırılması yekunlaşıb

Bakı, 16 iyun, AZƏRTAC

“SOCAR Polymer” zavodunda artıq iki ədəd Aralıq Toplama Silosu və bir ədəd Toz Qarışdırıcı Silos daxil olmaqla, üç silosun quraşdırılması uğurla başa çatdırılıb.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, diametri 5, uzunluğu 17 metr olan bu silosların həcmi 320 kubmetr təşkil edir.

Qeyd edək ki, Sumqayıtda inşa olunan və Azərbaycanın neft-kimya sənayesini, eyni zamanda, ixrac potensialını inkişaf etdirəcək layihənin inşaat işləri 2016-cı il üçün tam plan üzrə tamamlanıb. Zavodun 2018-ci ildə tam istismara verilməsi planlaşdırılır. “SOCAR Polymer” zavodunda illik 120 min ton yüksək sıxlıqlı polietilen və 180 min ton polipropilen istehsalı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.