İQTİSADİYYAT


SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib

A+ A

Buxarest, 18 noyabr, AZƏRTAC

Rumıniyada fəaliyyət göstərən SOCAR-ın törəmə “SOCAR Petroleum SA” şirkəti yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirib. Noyabrın 18-də Rumıniyanın İlfov rayonunda “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. Bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatdı.

Tədbirdə SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, Rumıniya Parlamentinin deputatları, Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Rumıniyada fəaliyyət göstərən bir çox aparıcı şirkətlərin rəhbərləri, Türk İş Adamları Dərnəyinin nümayəndələri, "SOCAR Petroleum SA" şirkətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, habelə yerli KİV nümayəndələri iştirak ediblər. Daha sonra yeni yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən qırmızı lent kəsildi. NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə üç sayğac quraşdırılıb. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. YDM-də ümumilikdə 13 yeni iş yeri açılıb. Bununla yanaşı müştərilərə “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur. Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.