İQTİSADİYYAT
SOCAR Tower-də “Azərbaycanda Amerika Ticarət Palatası”nın İnsan Resursları Komitəsinin iclası keçirilib
Bakı, 4 iyul, AZƏRTAC
2014-cü ildən etibarən “Azərbaycanda Amerika Ticarət Palatası”na (AmCham), 2017-ci ildən “AmCham”ın “İnsan Resursları Komitəsi”nə üzv olan SOCAR-ın təşəbbüsü, “AmCham” və komitə sədrinin razılığı əsasında “İnsan Resursları Komitəsi”nin iclası SOCAR Tower-də keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətdə insan resursları sahəsində aparılan işlər, rəqəmsal texnologiyaların tətbiqi və “SAP” proqram təminatına inteqrasiya barədə ətraflı məlumat verib, SOCAR-ın “İnsan Resursları Komitəsi”nə üzvlüyünün şirkətin insan resursları sahəsində fəaliyyətinə müsbət töhfə verəcəyini vurğulayıb.
“AmCham”ın Direktorlar Şurasının üzvü Nuran Kərimov və BP şirkətinin İnsan Resursları üzrə vitse-prezidenti, “İnsan Resursları Komitəsi”nin sədri Leyla Novruzova “AmCham”la sıx əməkdaşlığa və tədbirin təşkilinə görə SOCAR-a təşəkkürlərini bildiriblər.
İclasda BP, Deloitte şirkətlərinin, habelə “AmCham”ın nümayəndələri “İnsan Resurslarında rəqəmsal texnologiyalar”, “Şirkətlərin auditə hazırlığı” və “Yerli işçilərin illik əməkhaqqı sorğuları” mövzularında təqdimatla çıxış ediblər.