İQTİSADİYYAT


“SOCAR Turkey Enerji A.Ş.” “Petkim PetroKimya Holding A.Ş.”dəki  səhmlərinin 2,33 faizini satıb

A+ A

Bakı, 17 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) “Petkim PetroKimya Holding A.Ş.”dəki səhmlərinin 2,33 faizini satıb.

AZƏRTAC xəbər verir ki, bu barədə STEAŞ-ın Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.

Qeyd edilir ki, STEAŞ əsas payçısı olan “Petkim”dəki səhmlərinin ticarət qiyməti 4,35 türk lirəsi və qiymətli kağızlarının sayı 35 milyon ədəd olmaqla satış əməliyyatı reallaşdırıb. Bu əməliyyatdan sonra STEAŞ-ın “Petkim”dəki səhmləri 54,65 faizdən 52,32 faizə enib. “SOCAR Turkey Enerji A.Ş.”nin “Petkim”də sahibi olduğu 51 faizlik payında heç bir dəyişiklik olmayıb, şirkətin birbaşa sahib olduğu səhmlər isə 3,65 faizdən 1,32 faizə düşüb.

Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.