İQTİSADİYYAT


“SOCAR Turkey Enerji A.Ş.” “Petkim PetroKimya Holding A.Ş.”dəki səhmlərinin 1,67 faizini satıb

A+ A

Bakı, 10 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) “Petkim PetroKimya Holding A.Ş.”dəki səhmlərinin 1,67 faizini satıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “STEAŞ”ın Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.

Qeyd edilir ki, STEAŞ əsas payçısı olan “Petkim”dəki səhmlərinin ticarət qiyməti 4,57 türk lirəsi və qiymətli kağızlarının sayı 25 milyon ədəd olmaqla satış əməliyyatı reallaşdırılıb. Bu əməliyyatdan sonra “STEAŞ”ın “Petkim”dəki səhmləri 56,32 faizdən 54,65 faizə enib.

Qeyd edək ki, SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.