İQTİSADİYYAT
“SOCAR Turkey Enerji A.Ş.” ilin sonunadək TANAP-ın səhmdarlarından biri olacaq
Bakı, 31 may, Nihad Budaqov, AZƏRTAC
“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) bu ilin sonunadək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin səhmdarlarından biri olacaq.
AZƏRTAC xəbər verir ki, bunu STEAŞ-ın baş direktoru Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, “SOCAR Turkey Enerji A.Ş.”nin TANAP-ın səhmdarı olması üçün işlər ilin sonunadək yekunlaşacaq.
Qeyd edək ki, STEAŞ “Cənub Qaz Dəhlizi” QSC-nin TANAP-dakı 58 faizlik səhmlərinin 7 faizini almağı nəzərdə tutur.
TANAP-ın səhmdarlarının layihədəki payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]