İQTİSADİYYAT


“SOCAR Turkey Enerji” və “Rosneft” arasında saziş imzalanıb

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

AZƏRTAC “Rosneft”in mətbuat xidmətinə istinadla xəbər verir ki, “SOCAR Turkey Enerji AS” ilə “Rosneft” şirkəti İstanbulda keçirilən Ümumdünya Energetika Konqresi çərçivəsində neft və neft məhsulları təchizatının əsas şərtləri haqqında saziş imzalayıb.

Sənədə əsasən, tərəflər tikintisi “SOCAR Turkey Enerji” tərəfindən həyata keçirilən və təxminən 10 milyon ton gücə malik yeni “STAR” neft emalı zavodu çərçivəsində əməkdaşlığın potensialını öyrənəcək. Şirkətlər “Rosneft” məhsullarının, o cümlədən neft və digər xammalın bu müəssisəyə tədarükünün təşkili imkanını nəzərdən keçirəcək. Məhsulun nomenklaturası, eləcə də təchizatın həcmi və müddəti tərəflərin ortamüddətli perspektivdə imzalayacağı hüquqi öhdəlik sənədləri çərçivəsində müəyyən olunacaq.

“Rosneft”də hesab edirlər ki, “SOCAR Turkey Enerji” ilə potensial tərəfdaşlıq şirkətin beynəlxalq əməliyyatlarından əlavə sinergetik səmərə əldə etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.