İQTİSADİYYAT


“SOCAR Turkey” sosial mediadan ən yaxşı istifadə edən enerji şirkəti seçilib

Bakı, 25 may, Nihad Budaqov, AZƏRTAC

“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) Türkiyənin ən böyük sosial media mükafatları olan “Social Media Awards Turkey” çərçivəsində “Enerji şirkətləri” kateqoriyasında qızıl mükafatın sahibi olub.

AZƏRTAC STEAŞ-a istinadla xəbər verir ki, “Marketing Türkiye” və “Boomsonar”ın birgə əməkdaşlığı ilə keçirilən “Social Media Awards Turkey” mükafatının qalibləri məlum olub. Türkiyənin sosial media sahəsində ən etibarlı hesablama qurğusu olan “Boomsonar”ın 2016-cı il aprelin 1-i bu il martın 31-i tarixləri arasındakı göstəricilər əsasında aparılan hesablamalarına görə, “SOCAR Turkey” “Enerji şirkətləri” kateqoriyasında sosial mediadan ən yaxşı istifadə edən enerji şirkəti seçilib və qızıl mükafata layiq görülüb.

Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.