MƏDƏNİYYƏT


“SOCAR Türkiye” 24-cü İstanbul Caz Festivalının sponsoru olub

Bakı, 25 may, Nihad Budaqov, AZƏRTAC

“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) sponsoru olduğu 24-cü İstanbul Caz Festivalı çərçivəsində “Vitrin: Türkiyə Aktual Musiqi Görüşməsi” adlı tədbir keçiriləcək.

AZƏRTAC STEAŞ-a istinadla xəbər verir ki, “SOCAR Turkey” sponsorluğu ilə bu il ilk dəfə keçirilən “Vitrin: Türkiyə Aktual Musiqi Görüşməsi” adlı tədbirdə yerli və beynəlxalq musiqi sektorunun nümayəndələri ilə bir araya gələcək. Proqramda çıxış edəcək musiqiçi və qruplar arasında seçiləcək iki nəfərə “SOCAR Türkiye”nin “İpək Yolu” mükafatı veriləcək.

İyulun 5-8-də keçiriləcək festivalda beynəlxalq musiqiçilərlə yanaşı, Türkiyədən 30-dək sənətkar və qrup konsert verəcək.

Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.