İQTİSADİYYAT
SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə yatırıb
Bakı, 2 avqust, Nihad Budaqov, AZƏRTAC
SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə yatırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Bloomberg News”a müsahibəsində məlumat verib. O, SOCAR-ın Türkiyəyə investisiyalarının risklərə baxmayaraq davam etdiyini söyləyib.
“İyun ayının sonuna SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə qoyuluşu həyata keçirib. Türkiyədə neft-kimya məhsullarına tələbat artıb. Ölkədə nafta əsaslı məhsullar isə təbii qaza nisbətən daha üstünlük təşkil edir”, - deyə Z.Qəhrəmanov əlavə edib.
Qeyd edək ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]