İQTİSADİYYAT


SOCAR “Türkmənistanın nefti və qazı 2016” XXI Beynəlxalq sərgi-konfransında təmsil olunub

Bakı, 13 dekabr, AZƏRTAC 

SOCAR hər il olduğu kimi, bu il də Aşqabadda keçirilmiş “Türkmənistanın nefti və qazı 2016” XXI Beynəlxalq sərgi-konfransında ayrıca pavilyonla təmsil olunub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgi-konfransda şirkətin geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirə ABŞ, Avropa, Asiya, Yaxın Şərq və MDB-nin 21-ə yaxın ölkəsindən 110 şirkət qatılıb.

Sərgi-konfransın açılış mərasimində Türkmənistan Respublikası Baş nazirinin müavini Y.Kakayev və onu müşayiət edən şəxslər SOCAR-ın pavilyonunda olub, onlara Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində əldə edilən uğurlar və nailiyyətlər barədə ətraflı məlumat verilib, SOCAR-ın imkanlarını əks etdirən eksponatlar nümayiş etdirilib. Y.Kakayev Azərbaycanın və SOCAR-ın uğurlarını maraqla izlədiklərini söyləyərək, xoş arzularını bildirib.

Sərgi müddətində SOCAR pavilyonunda nümayiş olunan eksponatlar, ziyarətçilərə təqdim edilən jurnal-bülleten və reklam xarakterli suvenirlər yerli və xarici qonaqlarda böyük maraq doğurub.

Ümumilikdə, sərgi-konfransı 1350-dən artıq xarici qonaq və Türkmənistanın 1000-ə yaxın dövlət nümayəndəsi ziyarət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.