İQTİSADİYYAT


SOCAR “Ümid-Babək” yataqlar blokunun işlənməsi üzrə yeni müqavilə imzalamağı nəzərdə tutur

Bakı, 17 sentyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR beynəlxalq maliyyə institutları və şirkətlərdən maliyyələşmənin cəlb edilməsi üçün bu ilin sonunadək Xəzərin Azərbaycan sektorundakı “Ümid-Babək” təbii qaz yataqları blokunun işlənməsi üzrə yeni müqavilə imzalamağı nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O qeyd edib ki, hazırda “Ümid” yatağında 14-cü quyunun qazılması işləri başa çatmaq üzrədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.