İQTİSADİYYAT


“SOCAR Yay Məktəbi 2016” layihəsinin qalibləri Almaniya, Türkiyə və Gürcüstana səfər ediblər

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC 

“SOCAR Yay Məktəbi-2016” layihəsində birinci yeri tutan komanda SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşlarının müşayiəti ilə noyabrın 21-dən 27-dək Almaniyada, ikinci yeri tutan komanda Türkiyədə olub, üçüncü yeri tutan komanda isə noyabrın 20-dən 26-dək Gürcüstana səfər edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Almaniyada olan layihə qalibləri “Uniper” şirkətinin Düsseldorf və Gelzenkirxen şəhərlərindəki ofislərinə, həmçinin Dattelndəki elektrik stansiyasına ekskursiya edərək, şirkətin enerji təchizatı sahəsindəki fəaliyyət sahələri ilə yaxından tanış olublar. Düsseldorfdakı baş ofisdə onlara SOCAR ilə əməkdaşlıq layihələri haqqında ətraflı məlumat verilib.

Gürcüstanda “SOCAR Energy Georgia”nın qonağı olan yay məktəbi məzunları şirkətin Tbilisi şəhərində yerləşən baş ofisinə, Rustavidəki “SOCAR Georgia Petroleum” Kompleksinə, Poti şəhərindəki “Kulevi” neft terminalına səfər edərək, SOCAR-ın Gürcüstandakı fəaliyyəti ilə yaxından tanış olublar.

Səyahət-ekskursiyanın həm öyrəndikləri bilik və bacarıq, həm də dünyagörüşü baxımından faydalı olduğunu qeyd edən səfər iştirakçıları bu şəraiti yaratdığına görə SOCAR-ın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.