İQTİSADİYYAT


SOCAR avqustda 12,5 min metrdən çox qazma işi həyata keçirib

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 min 567 metr qazma işi həyata keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülmüş işlərin 12 min 484 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, bu ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 74 min 248 metr qazma işi görülüb ki, bunun da 72 min 948 metri istismara, 1300 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, avqust ayı ərzində 4 quyu qazmadan alınıb, ilin əvvəlindən isə 39 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.