İQTİSADİYYAT


SOCAR beş ayda Ceyhan limanından 6,7 milyon tonadək neft ixrac edib

Bakı, 1 iyun, AZƏRTAC

SOCAR bu ilin may ayında Novorossiysk limanından 84 min 631 ton, Supsa limanından 260 min 380 ton, Ceyhan limanından 1 milyon 322 min 980 ton xam neft ixrac edib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 573 min 838 ton, Supsa limanından 1 milyon 139 min 45 ton, Ceyhan limanından 6 milyon 697 min 67 ton xam neft ixrac olunub.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.