İQTİSADİYYAT


SOCAR bu il 431 min tonadək dizel yanacağı ixrac edib

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi bu ilin avqust ayında 14 min 770 ton dizel yanacağı, 9 min 931 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 1 min 216 ton yüksək təzyiqli polietilen, 573 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 979 ton maye piroliz qətranı, 1 min 292 ton propilen və 1 min 50 ton butilen butadien fraksiyası ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-avqust ayları ərzində 430 min 748 ton dizel yanacağı, 143 min 471 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 57 min 16 ton yüksək təzyiqli polietilen, 9 min 229 ton mütləqləşdirilmiş izopropil spirti, 45 min 195 ton maye piroliz qətranı, 29 min 463 ton propilen və 14 min 321 ton butilen butadien fraksiyası ixrac olunub.

Avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 463,74 ABŞ dollar, təyyarə yanacağının - 419,94 dollar, dizel yanacağının - 394,08 dollar, 1 faiz kükürdlü mazutun qiyməti 242,42 dollar, yüksək təzyiqli polietilen 1150 dollar, butilen butadien fraksiyası 428,06 dollar, maye piroliz qətranının - 463,74 dollar, propilen 690 avro, mütləqləşdirilmiş izopropil spirti 887 avro təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.