İQTİSADİYYAT


SOCAR bu il Ceyhan limanından 12,3 milyon tondan çox neft ixrac edib

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

SOCAR bu ilin sentyabr ayında Novorossiysk limanından 169 min 279 ton, Supsa limanından 274 min 705 ton, Ceyhan limanından isə 942 min 882 ton xam neft ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 898 min 48 ton, Supsa limanından 1 milyon 853 min 627 ton, Ceyhan limanından 12 milyon 322 min 470 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.